QURAŞDIRMA
QAYNAQ, SINAQ
OFFSHORE & ONSHORE 

Dil Seçimi:

 

 

header photo

Qumlama və Boyama

Qumlama ve boya sexi tam örtülmüşdür və təxminən 3400 m2 sahəni əhatə edir. Buraya domna peçi, qum bərpa sistemi, və adekvat ventilyasiya və işıqlanma sistemi quraşdırılmışdır. Boya sexinə materialların daşınması və buradan onların rənglənmə sexinə daşınması bərkidilmiş 2 rels sistemli 4 təkər nəqliyyat karetkasi ilə icra edilir.

Rənglənmə sahəsi hava kompressoru, hava paylayıcı sistemlər və adekvat ventilyasiya sistemi və işıqlanma ilə təchiz edilib. Baş rənglənmə və domna sahələrində yeni ventilyasiya sistemi vardır və Bakı Gigiyena Təftiş Mərkəzinin bu yaxınlarda apardığı yoxlama (Səhiyyə Nazirliyinin nəzarəti altında) göstərmişdir ki, bu sistem müvafiq iş şəraitini təmin etmək üçün effektivdir.


Sexdə setifikatlaşdırılmış, 2 x 6 tonluq SWL başüstü kranlar quraşdırılmışdır. Başüstü kranların imkanından kənar quraşdırmaların icra edilməsi lazım gəldikdə, onda burada mobil kran da yerləşdirilə bilər. MQS həmişə bu sahədə 50 tonluq mobil krandan istifadə edir.


Bu qurğunun normal həftə üçün təxmin edilən maksimum məhsuldarlıq qabiliyyəti, ABƏŞ-in A yaxud E spesifikasiyasından istifadə edilərkən 60 tondur.