EMALAT, QURAŞDIRMA,
BOYA & QUMLAMA, TEST XİDMƏTLƏRİ


header photo

Sertifikatlaşdırma və Təlim

MQS işçilərinin daxili Təlimləri

MQS yeni texnologiyalara və materiallara nəzarət edir və onlara böyük diqqət yetirir. Bunun nəticəsi olaraq, şirkət, ekspertlərin öz sahəsi üzrə icra etdikləri təlimlərlə təmin edir. Bu təlimlər bütün işçilərinin davamlı şəkildə təkmilləşməsinə imkan yaradır.

Təlimləri icra etmək üçün MQS-nin korporativ offisləri nəinki NDT və istilik emalı işçilərini yerləşdirir habelə müxtəlif təlim avadanlığına malikdir. Kompleks  təlim otağı, tibb mərkəzi, anbar otaqları, işçilər üçün yeməkxana və korporativ ofislərdən ibarətdir.

Qaynaq məktəbi ayrı binada yerləşdirilib və 20 fərdi qaynaq sahələri ilə təchiz edilib ki, bunların da tüstü çıxarma ləvazimatları vardır.

MQS həmçinin bütün işçilər üçün qiymətləndirmə proqramını icra edir ki, əlavə təlimlər üçün ehtiyacları müəyyən etsin.

MQS işçilərinin xaricdəki Təlimləri

MQS öz işçilərinin gördükləri işlərin müxtəlifliyini fərqləndirmə metodu ilə davamlı təliminə olan ehtiyacları tanıyır, öz işçilərinin bacarıqlarını artırmaq üçün onları aşağıdakı təlimlərə göndərmişdir:

 

• GRE boru işləri üçün Hollandiyada Ameron kursları
• Boya təftişçiləri üçün NACE kursları
• Qaynaq Təftiş Kursu
• Dartma və Uyğunlaşdırma kursları
• Dəniz Xilasetmə Kursu

Qeyri-MQS işçiləri üçün təlim

MQS- in təlim xidmətləri  kənar müştərilər üçün də açıqdır. MQS müntəzəm olaraq qaynaqçılara və qaynaq təftiş işçilərinə təlimlər keçir.