QURAŞDIRMA
QAYNAQ, SINAQ
OFFSHORE & ONSHORE 

Dil Seçimi:

 

 

header photo

Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit

MQS Şirkəti öz işçi, müştəri, podratçı və digər əlaqədar şəxslərin habelə əməliyyatlardan əziyyət çəkə biləcək şəxslərin rifahının yaxşılaşdırılmasına sadiqdir. Həmçinin, biz, fəaliyyət göstərdiyimiz mühitin qorunması və yaxşılaşdırılmasına cavabdehlik daşıyırıq.

Keyfiyyətin, ətraf mühitin, sağlamlıq və təhlükəsizliyin idarə edilməsi rəhbərlik tərəfindən idarə olunaraq, siyasət tələblərinin effektiv, ambisiyalı, real olan məqsəd və meyarlara çevrilməsini təmin edir. Bununla da biz, fəaliyyətimizi ölçə bilir və indiki vəziyyətdən daha yaxşı duruma çıxmaq üçün təkmilləşdirmə həyata keçirə bilirik. Davamlı inkişaf və sağlamlığa, təhlükəsizliyə və ətraf mühit məsələləri ilə bağlı risklərin idarə edilməsi həllinə nail olmaq məqsədi ilə mütəmadi olaraq təkmilləşdirmə prinsiplərini tətbiq edərək, məqsədlərimizin gələcək inkişafını müəyyən edirik. Həyat dövrü yanaşmasını qəbul edərkən, lazım olduğu yerdə onu məhsulun inkişafına tətbiq edərkən biz mənfi təsirləri azaldırıq, səmərəliliyi artırırıq və artan dəyəri ölçürük. Bütün idarəetmə strukturlarımız sağlamlıq, təhlükəsizlik, ətraf mühit və digər biznes əməliyyatlarını bərabər səviyyədə nizamlayır.

Müvafiq olaraq, biznesimizi məsuliyyətli və müvəffəqiyyətli qaydada aparmağa çalışırıq. Biz istənilən təlim ehtiyacları müəyyən edirik və təlim proqramının ehtiyaclara uyğun gəldiyinə əminlik yaradırıq. MQS özünün sağlamlıq və təhlükəsizlik sahəsi üzrə ABŞ tərəfindən təqdim edilmiş OHSAS 18001-1999 standartını aldığına görə fəxr edir və hesab edir ki, belə mükafata layiq görülən ilk Azərbaycan şirkətidir.