EMALAT, QURAŞDIRMA,
BOYA & QUMLAMA, TEST XİDMƏTLƏRİ


header photo

Emalat işləri

Emalatxana sahəsi aşagıdakılardan ibarətdir:

1-ci İstehsalat sexi -  4,320 m2 və 4 ədəd 14 tonluq körpülü kran mövcuddur.

2-ci İstehsalat sexi – 7,350 m2 və 5 ədəd 10 tonluq körpülü  kran mövcuddur.

Ekzotik materialların istehsalat sahəsi – 750  m2 və 1 ədəd 10 tonluq körpülü kran mövcuddur.

 

Emalat sexində mühəndislər üçün  3 mərtəbəli ofis, duş otağı, paltar dəyişmə otağı və sanitar qovşaqları vardır. Emalatxanada yeni ventilyasiya sistemləri mövcuddur və mütəmadi olaraq Dövlət Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoxlanılır.

                                                                             EMALAT XİDMƏTLƏRİ

MQS aşağıdakı emalat və tikinti sahələrindəki təcrübəyə malikdir:

  • Polad konstruksiya emalatı
  • Karbon polad, paslanmaz polad, dupleks/ superdupleks boru konstruksiya emalatı
  • Epoksid şüşə təbəqəli (GRE) boru konstruksiyasının emalatı
  • Yüksək sıxlıqlı polietilen boru konstruksiyasının emalatı
  • İstismar zamanı qaynaq işləri
  • Qumlama və boyama
  • Quruda və dənizdə polad kosntruksiya və boru konstruksiya xidmətləri

MQS emalat sexinin  tutumu:

  • Polaf konstruksiya - 400 ton / ay
  • Karbon polad boru konstruksiyası – 500 diametr*düym / gün
  • Paslanmaz polad boru konstruksiyası – 200 diametr*düym / gün 
  • FRP/GRE boru konstruksiyası - 500 birləşmə / ay
  • Qumlama və boyama – 4000 m2 / ay     

Polad Konstruksiyalar

MQS boru dayaqlardan tutmuş mürəkkəb strukturlara kimi, yerli sertifikatlaşdırılmamış poladdan tutmuş yüksək dərəcəli polad, paslanmayan polad və aliminiuma qədər müxtəlif materiallardan istifadə etməklə geniş çeşidli struktur kompenentlər hazırlamışdır.

MQS-nin CNC lövhə profil kəsən avadanlığı vardır ki, bu da 3.5 metr eni, 16 metr uzunu və 300 mm qalınlığı olan lövhələri kəsməyə imkan verir. Şirkətimizdə həmçinin hava ilə işləyən gilyotin də vardır ki, o da 2.4 metr eni, 6 metr uzunu və 20 mm qalınlığı olan lövhələri kəsməyə imkan verir.

3 metr eni və 40 mm qalınlığı olan lövhələri qatlayan qurğular da vardır.

 Boru emalatı işləri

MQS-in boru sisteminin qaynağı üçün tam qaynaq prosedurları vardır və istənilən dərəcəyə malik karbonlu polad, dupleks, super dupleks, paslanmayan polad, mis / mis ərintiləri və aliminiumun kəsilməsi imkanları vardır.

690-adək sınağı aparmaq üçün təzyiq sınağı qurğusu vardır.